11.04.2009
Google şirkəti Vikipediyaya 2 milyon dollar hədiyyə edib
Vikipediyanın təsisçisi Cimmi Ueyls istifadəçilər arasında bu saytın populyar olmasına baxmayaraq, Vikipediya onlayn ensiklopediyasını inkişaf etdirmək üçün 2009-cu ilin sonund... » ətraflı
Google şirkəti Vikipediyaya 2 milyon dollar hədiyyə edib
Vikipediyanın təsisçisi Cimmi Ueyls istifadəçilər arasında bu saytın populyar olmasına baxmayaraq, Vikipediya onlayn ensiklopediyasını inkişaf etdirmək üçün 2009-cu ilin sonunda bütün internet cəmiyyətlərinə müraciət etmiş, maliyyə dəstəyinə ehtiyacları olduğunu bildirmişdi.
İanə edilmiş vəsaitin köməyi ilə C.Ueyls proqram təminatını yaxşılaşdırmaq, şəbəkə trafikinin xidmət xərclərini ödəmək, məqalələrin yazılışı, oxunuşu və axtarışını asanlaşdırmaq fikrindədir.
Qeyd edək ki, 8 il ərzində 150 min könüllü və Vikipediyanın 23 nəfərdən ibarət heyəti tərəfindən 265 dildə 11 milyondan artıq məqalə hazırlanıb. Hər ay 275 milyondan çox istifadəçi bu veb-saytın məlumatlarından pulsuz istifadə edir.